Xəzər Xəbər

“Azərenerji” stansiyada 256 MVt “itirilmiş” gücü bərpa edib

İqtisadiyyat | 11:34 • 20 İyul 2020
“Azərenerji” stansiyada 256 MVt “itirilmiş” gücü bərpa edib
"Azərenerji” ölkənin istilik və su elektrik stansiyaları ilə yanaşı 6 ədəd modul tipli elektrik stansiyasında yenidənqurma və təmir işləri həyata keçirərək "itirilmiş” güclərin bərpası istiqamətində ciddi irəliləyişlərə nail olub.

"Azərenerji”dən xezerxeber.az-a verilən məlumata görə, belə ki, 2018-ci ilin payızında qəbul edilən "Reabilitasiya Proqramı”na qədər 6 modul tipli elektrik stansiyasında ümumilikdə mövcud olan 72 aqreqatdan 12 ədədi ümumiyyətlə işləmirdi, digər aqreqatlar isə kəsirlə işləyirdi. Məhz işləməyən 12 aqreqatların yenilənməsi və əsas ehtiyat hissələrinin xarici ölkələrdən gətirilərək dəyişdirilməsi, eyni zamanda digər aqreqatların təmir edilməsindən sonra ölkədəki bütün 6 ədəd modul tipli elektrik stansiyalarının hamısında yenidənqurma, təmir və bərpa işləri başa çatıb. Nəticədə "Səngəçal” Elektrik Stansiyasında 95 MVt, "Bakı” Elektrik Stansiyasında 20 MVt, "Şahdağ” Elektrik Stansiyasında 15 MVt, "Xaçmaz” Elektrik Stansiyasında 47 MVt, "Astara” Elektrik Stansiyasında 40 MVt, "Şəki” Elektrik Stansiyasında isə 39 MVt olmaqla ümumilikdə 256 meqavat "itirilmiş” güc bərpa olunub.

Xəbər lenti