Xəzər Xəbər

Ziya Bünyadov prospektində hərəkət müvəqqəti məhdudlaşdırılacaq

İqtisadiyyat | 17:04 • 17 İyul 2020
Ziya Bünyadov prospektində hərəkət müvəqqəti məhdudlaşdırılacaq

Aparılan təmir işləri ilə əlaqədar olaraq 18-19 iyul tarixlərində Ziya Bünyadov prospektinin "Karl Marks dairəsi” kimi tanınan ərazisinin köməkçi yolunun bir hissəsində "Xutor dairəsi” istiqamətində hərəkət müvəqqəti məhdudlaşdıırılacaq.


Bu barədə xezerxeber.az-a Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.


Alternativ olaraq sürücülər Ziya Bünyadov prospektinin əsas yolundan, həmçinin həmçinin Azadlıq prospekti, Cəfər Xəndan, Eldar babayev, 22-ci Dağlıq və Hüseyin Seyidzadə küçələrindən istifadə edə bilərlər.


"Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik", - deyə məlumatda bildirilb.

Xəbər lenti