Xəzər Xəbər

Bakıda su kəmərində qəza olub, paytaxtın 4 rayonunda su kəsilib

İqtisadiyyat | 16:22 • 17 İyul 2020
 Bakıda su kəmərində qəza olub, paytaxtın 4 rayonunda su kəsilib

Bakı şəhərinin mərkəzi hissəsini qidalandıran magistral su kəmərində (Sulutəpə qəsəbəsi ərazisindən keçən hissəsində) qəza baş verib.


"Azərsu" ASC-dən xezerxeber.az-a verilən xəbərə görə, baş vermiş qəza ilə əlaqədar Səbail, Yasamal, Nəsimi və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində 18 iyul 2020-ci il səhər saatlarına qədər məhdudiyyətlər olacaq.

"Azərsu" ASC-nin qəza briqadaları, xüsusi texnikası əraziyə cəlb edilib və qəzanın aradan qaldırılması istiqamətində tədbirlər görülür.

Xəbər lenti

Çox oxunanlar