Xəzər Xəbər

Bağlanan dörd bank üzrə əmanətçilərə 245 milyon manatdan çox vəsait qaytarılıb

İqtisadiyyat | 11:43 • 16 İyul 2020
Bağlanan dörd bank üzrə əmanətçilərə 245 milyon manatdan çox vəsait qaytarılıb

Bugünkü tarixə bağlanan dörd bank üzrə 13 min 500 nəfər əmanətçiyə 245 milyon manatdan çox vəsait qaytarılıb.


Xezerxeber.az xəbər verir ki, bu sözləri Mərkəzi Bankın sədri Elman Rüstəmov Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.


"İyunun 1-dən artıq əmanətçilərin əmanətləri qaytarılmağa başlandı. Hazırda hər dörd bank üzrə əmanətlər "Kapital Bank” və Beynəlxalq Bank vasitəsilə qaytarılır. Bu məsələ çox ciddi diqqətdədir, nəzarətdədir. Ortaya çıxan məsələləri, problemləri hökumətin də aktiv dəstəyi, köməyi ilə operativ həll edirik”, - deyə Mərkəzi Bankın sədri qeyd edib.

Xəbər lenti