Xəzər Xəbər

Elman Rüstəmov: İlin sonunda bizim inflyasiya proqnozumuz 3-3,5 faiz səviyyəsindədir

İqtisadiyyat | 11:28 • 16 İyul 2020
Elman Rüstəmov: İlin sonunda bizim inflyasiya proqnozumuz 3-3,5 faiz səviyyəsindədir

İlin ilk 5 ayında 2,9 faizlik inflyasiya səviyyəsi var. Aparılan sorğular göstərir ki, həm əhalinin, həm də biznesin inflyasiya göstəriciləri sabitləşib, aşağı düşüb.


Xezerxeber.az xəbər verir ki, bu sözləri Mərkəzi Bankın sədri Elman Rüstəmov Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.


"2020-ci ilin sonunda bizim inflyasiya proqnozumuz 3-3,5 faiz səviyyəsindədir ki, bu da bizim və hökumətin proqnozlarından aşağıdır. Pul-kredit siyasətinin, faiz siyasətinin yumşaldılması ardıcıl olaraq davam etdirilir. İlin əvvəlindən faiz dərəcəsi 7,5 faizdən 7 faizə endirilib”, - deyə E.Rüstəmov qeyd edib.

Xəbər lenti