Xəzər Xəbər

Latviya aviaşirkəti gələn ildən Bakıya uçuşlar həyata keçirəcək

İqtisadiyyat | 16:07 • 10 İyul 2020
Latviya aviaşirkəti gələn ildən Bakıya uçuşlar həyata keçirəcək

Latviyanın "AirBaltic" aviaşirkəti 2021-ci ilin aprelində Riqa-Bakı marşrutu ilə reyslərin həyata keçiriləcəyini elan edib.


Şirkət 2020-ci ildə koronavirus pandemiyası ilə əlaqədar təxirə salınmış yay uçuş cədvəlini 2021-ci ilə keçirib.


Bakı "AirBaltic"in ilk 15 uçuş istiqamətləri arasında yer alıb. Bakıya uçuşlar aprelin 28-dən başlayacaq. Uçuş müddət 3 saat 35 dəqiqə davam edəcək.


Ümumilikdə, "AirBaltic" gələn il 82 marşrut üzrə reyslər həyata keçirməyi planlaşdırır ki, bu da bu illə müqayisədə 21 faiz çoxdur. (Trend)

Xəbər lenti