Xəzər Xəbər

Sumqayıt yolunda yeni geridönmə hissə yaradılıb

İqtisadiyyat | 18:58 • 9 İyul 2020
Sumqayıt yolunda yeni geridönmə hissə yaradılıb

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun "Xırdalan dairəsi” istiqamətində avtonəqliyyat vasitələrinin geri dönməsini təmin etmək məqsədilə sözügedən avtomagistralın təqribən 8-ci kilometrində yerləşən və dəmir yolu üzərində inşa olunmuş yolötürücüsünün alt hissəsində 2 hərəkət zolaqlı yeni geridönmə hissəsi yaradılıb.


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən xezerxeber.az-a bildirilib ki, yeni yol hissənin yaradılması ilə uzun məsafə qət edib geridönmə əməliyyatını "Xırdalan dairəsi”ndən etməyə lüzum qalmayacaq. Bu isə öz növbəsində "Xırdalan dairəsi” ətrafında yaşanan tıxac və ləngimələrin aradan qaldırılmasına müsbət təsir edəcək.


Yeni yol hissəsi bir istiqamətlidir və yalnız paytaxtda doğru geridönməni təmin edir.

Xəbər lenti