Xəzər Xəbər

Bu küçələrdə sürət məhdudlaşdırıcı maneələr və nəqliyyat güzgüsü qoyulub - FOTO

İqtisadiyyat | 10:19 • 7 İyul 2020
Bu küçələrdə sürət məhdudlaşdırıcı maneələr və nəqliyyat güzgüsü qoyulub -

Mütəmadi olaraq yol-nəqliyyat hadisələrinin qeydə alındığı Təbriz Xəlilbəyli və Həzi Aslanov küçələrinin kəsişməsində yol hərəkətinin təhlükəsizliyi səviyyəsinin artırılması məqsədilə zəruri tədbirlər görülüb.


Bakı Nəqliyyat Agentliyindən xezerxeber.az-a bildirilib ki, qəza ocağı kimi tanınan kəsişmə Agentliyin mütəxəssisləri tərəfindən yoxlanılıb. Əldə olunan nəticələr təhlil olunaraq həlli istiqamətində işlərə başlanılıb. Bu çərçivədə kəsişmədə sürət məhdudlaşdırıcı maneələr və nəqliyyat güzgüsü qoyulub.

Xəbər lenti