Xəzər Xəbər

İran rialının məzənnəsi yeni minimuma enib

İqtisadiyyat | 10:54 • 6 İyul 2020
İran rialının məzənnəsi yeni minimuma enib

İranın milli valyutası olan rialın ABŞ dollarına qarşı məzənnəsi "qara bazar"da yeni antirekordu yeniləyib və hazırda 1 dollar 215 500 riala satılır.


"Reuters"in verdiyi məlumata görə, COVID-19 pandemiyasının iqtisadiyyata mənfi təsiri ölkənin milli valyutasını da daim təzyiq altında saxlayır. Digər drayverlər kimi neftin qiymətinin aşağı olması və ABŞ-ın İrana qarşı tətbiq etdiyi iqtisadi sanksiyalar göstərilir.


Qeyd edək ki, 2018-ci ilin may ayından bəri dollara tələbin artımı fonunda rial öz dəyərinin təxminən 70%-ni itirib. Rəsmi məzənnə 1 dollar üçün 42 000 rial təşkil edir və əsasən dövlət tərəfindən maliyyələşdirilən şirkətlərin ərzaq və dərman idxalı üçün istifadə olunur.

Rubrikanın digər xəbərləri

Xəbər lenti