Xəzər Xəbər

Azərbaycanda avro alışı kəskin artıb

İqtisadiyyat | 14:54 • 26 İyun 2020
Azərbaycanda avro alışı kəskin artıb

Bu ilin may ayında Azərbaycandakı banklar tərəfindən əhaliyə satılan nağd avro kütləsinin həcmi 16 002,6 min avro təşkil edib ki, bu da 2019-cu ilin eyni ayına nisbətən 3,5 dəfə azdır.


Xezerxeber.az-ın Azərbaycan Mərkəzi Bankının dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalara görə, banklar tərəfindən əhaliyə satılan nağd avro kütləsinin həcmi aylıq müqayisədə isə 3 dəfə artıb.


Bundan başqa, may ayında ölkə əhalisinin banklara satdığı nağd avro kütləsinin ümumi həcmi 4 733 min avro təşkil edib ki, bu da 2019-cu ilin eyni ayı ilə müqayisədə 5 dəfə azdır. Aylıq müqayisədə isə azalma 18,5% bərabər olub.

Xəbər lenti