Xəzər Xəbər

Qızılın qiyməti ilə bağlı şok proqnoz 12 ay ərzində...

İqtisadiyyat | 16:49 • 25 İyun 2020
Qızılın qiyməti ilə bağlı şok proqnoz

Qızıl qiymətləri yaxın 12 ay ərzində 1 unsiya üçün 1850 dollar səviyyəsinə qalxa bilər.

Bu, qızıl emalı və ticarəti ilə məşğul olan "MKS PAMP” Qrupunun proqnozunda öz əksini tapıb.

Məlumata görə, xüsusilə Qərbdə qızıla olan investisiya tələbatı 2021-ci ilin əvvəlinə qədər güclü qalacaq.

Qrupun Dubay üzrə icraçı direktoru Frederic Panizzutti bildirib ki, bütün dünyada stimullaşdırma tədbirləri ilə bazara yerləşdirilən bol likvidliklə aşağı və ya mənfi real faiz nisbətləri yüksək inflyasiyaya səbəb olacaq. O, qiymətli metalın cazibəsinin artacağını deyib.

"MKS PAMP” Qrupunun proqnozuna görə, qızılın 2 min dollaradək bahalaşması mümkündür.

Cümə axşamı qlobal bazarlarda satılan qızılın 1 unsiyası 1.762.54 dollar olub. Qızılın maksimal qiyməti 2011-ci ilin sentyabrında (1.921.17 ABŞ dolları) qeydə alınıb./Teleqraf.com

Xəbər lenti

Çox oxunanlar