Xəzər Xəbər

Bağlanan dörd bank üzrə 84 milyon manatadək kompensasiya ödənilib

İqtisadiyyat | 12:50 • 25 İyun 2020
Bağlanan dörd bank üzrə 84 milyon manatadək kompensasiya ödənilib

Azərbaycanda bağlanan dörd bank üzrə ("Atabank", "Amrahbank", "AGBank" və "NBC Bank") qorunan əmanəti olanlara vəsaitlərin geri qaytarılması çərçivəsində 7 548 nəfərə 83,9 mln. manatlıq kompensasiya ödənilib.


Xezerxeber.az-ın məlumatına görə, bunu Əmanətlərin Sığortalanması Fondunun (ADİF) İcraçı direktoru Tural Piriyev deyib.


Onun sözlərinə görə, toplam olaraq 74 100 nəfərlik əmanətçi sayı var ki, onların əmanətləri sığortalanan hesab olunur: "Burada əmanətlərin ümumi məbləği 670,7 mln. manatdır. Təbii ki, bu rəqəmə problemləri aşkar olunan banklardakı sığortalan əmanətlər kateqoriyasına aid olmayan əmanətlər də daxildir".


O həmçinin əlavə edib ki, "Amrahbank"da sığortalı əmanətçilərin sayı 17 min nəfərdir: "Bu əmanətçilər üzrə 144,9 mln. manatlıq kompensasiya ödənilməsi nəzərdə tutulur. "Atabank"da 25,6 min əmanətçi sayı var ki, toplam olaraq 254,4 mln. manatlıq kompensasiya ödənilməsi nəzərdə tutulur. "AGBank"da sığortalı əmanətçilərin sayı 22,8 min nəfərdir və onlara 134,2 mln. manat kompensasiya ödənilməsi nəzərdə tutulur. "NBC Bank"da isə belə əmanətçilərin sayı 8,7 min nəfərdir və onlara ödəniləcək toplam kompensasiyanın məbləği 134,2 mln. manat təşkil edir".

Xəbər lenti