Xəzər Xəbər

ABŞ liderindən proqnoz: Bəşər tarixinin ən yüksək ÜDM səviyyəsi əldə olunacaq

İqtisadiyyat | 12:55 • 19 İyun 2020
ABŞ liderindən proqnoz:

ABŞ-da 2020-ci ilin üçüncü rübündə bəşər tarixinin ən yüksək Ümumi Daxili Məhsul (ÜDM) səviyyəsinin əldə olunacağı gözlənilir.

Bu barədə ABŞ Prezidenti Donald Tramp "The Washington Times” qəzetinə müsahibəsində danışıb.

Tramp ABŞ iqtisadiyyatının tezliklə bərpasına ümid etdiyini deyib. Obildirib ki, hazırda ABŞ-da iş yerlərinin sayı və müxtəlif satış həcmləri artır.

ABŞ prezidenti tezliklə ölkədə tarixin ən yüksək ÜDM səviyyəsinin qeydə alınacağını qeyd edib.

Xəbər lenti