Xəzər Xəbər

Ötən ay Azərbaycan vətəndaşlarının Türkiyədən aldığı evlərin sayı açıqlandı

İqtisadiyyat | 15:31 • 15 İyun 2020
Ötən ay Azərbaycan vətəndaşlarının Türkiyədən aldığı evlərin sayı açıqlandı

Bu ilin may ayında Türkiyədə mənzil satışları ötən ilin eyni dövrü ilə müqayisədə44,6% azalaraq50,9minə enib.

XəzərXəbər report-a istinadən xəbər verir ki, bu barədə "Bloomberg” məlumat yayıb.

Belə ki, bu ilin may ayında Türkiyədə ən çox ev alan İran vətəndaşları olub ki, hesabat dövründə onlar 209 mənzil satın alıblar. Sıralamada İranı Əfqanıstan (48), Çin (46) və Azərbaycan (42) vətəndaşları izləyib.

Məlumata görə, hesabat dövründə ən çox mənzil satılan bölgələr sıralamasında 7 640 mənzillə İstanbul (ümumi bazadakı payı 15% olub) birinci yerdə qərarlaşıb. Onu 4 939 mənzillə Ankara (ümumi bazadakı payı 9,7%) və 3 096 mənzil satışı ilə İzmir (ümumi bazadakı payı 6,1%) izləyib.

Eyni dövrdə ən az mənzil satılan bölgələr isə Ardahan (4), Hakkari (15), Tuncəli (21) olub.

Qeyd edək ki, bu ilin yanvar-may aylarında əcnəbilərə satılan mənzillərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 27% azalaraq 12 598-ə enib.

Xəbər lenti