Xəzər Xəbər

Azərbaycanlılar Türkiyədə ev alan xaricilər arasında ilk onluqdadır

İqtisadiyyat | 14:05 • 15 İyun 2020
Azərbaycanlılar Türkiyədə ev alan xaricilər arasında ilk onluqdadır

Bu ilin may ayı ərzində Azərbaycan vətəndaşları Türkiyədə 42 (ötən ilin müvafiq ayında 90 ev) daşınmaz əmlak alıblar.


"APA-Economics"in Türkiyə Statistika İdarəsinə istinadən verdiyi xəbərə görə, ümumiyyətlə, yanvar-may ayları ərzində 361 ev (yanvarda 99 ev, fevralda 90 ev, martda 95 ev, apreldə 35 ev) alınıb. Bildirək ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 103 ev və ya 22% azdır.


Bununla da Azərbaycan Türkiyədə ev alan xaricilərin sıralanmasında VII yerdə qərarlaşıb.


Qeyd edək ki, Türkiyədə ev alan xarici ölkə vətəndaşlarının ilk üçlüyündə İraq (2230 ev), İran (2 102) və Rusiya (864) sıralanıb. Ümumilikdə, xaricilər Türkiyədə bu ilin yanvar-may ayları ərzində 12 734 ev alışı həyata keçirib.

Xəbər lenti