Xəzər Xəbər

Bakıda pandemiya dövründə əhali ərzağa daha çox pul xərcləyib - STATİSTİKA

İqtisadiyyat | 16:29 • 3 İyun 2020
Bakıda pandemiya dövründə əhali ərzağa daha çox pul xərcləyib -

2020-ci ilin yanvar-aprel aylarında ticarət dövriyyəsinin həcmi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2,6 faiz azalaraq 6 milyard 400,4 milyon manat olub.


Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müfaviq dövrü ilə müqayisədə 11,8 faiz artaraq 3 milyard 314,5 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 14,0 faiz azalaraq 3 milyard 085,9 milyon manata bərabər olub.


İstehlak məhsullarının 31,3 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 49,1 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 19,6 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.

Xəbər lenti

Çox oxunanlar