Xəzər Xəbər

Bu banklarda əmanəti olanların nəzərinə! Kompensasiyaların verilməsinə başlanılıb

İqtisadiyyat | 15:17 • 1 İyun 2020
Bu banklarda əmanəti olanların nəzərinə!

Bu gündən başlayaraq "Atabank” ASC və "Amrahbank” ASC-də 30 min manat ekvivalentinədək (30 min manat daxil olmaqla) olan əmanətlər üzrə "KapitalBank” ASC-nin filiallarında ərizələrin qəbulu və kompensasiyaların verilməsinə başlanılıb.

Bu barədə AMB sədri Elman Rüstəmov bu gün keçirilən mətbuat konfransında bildirib.

"1 iyul 2020-ci il tarixindən başlayaraq 30 min manat ekvivalentindən yuxarı olan əmanətlər üzrə "KapitalBank” ASC-nin filiallarında ərizələrin qəbulu və kompensasiyaların verilməsi gözlənilir”, - deyə E. Rüstəmov bildirib.

Xəbər lenti