Xəzər Xəbər

Bakıda nəqliyyatın axınında ciddi artım müşahidə edilir

İqtisadiyyat | 17:34 • 4 May 2020
Bakıda nəqliyyatın axınında ciddi artım müşahidə edilir

Bir həftə əvvəllə müqayisədə Bakıda nəqliyyatın axınında 10-12 faiz artım müşahidə edilir.


Xezerxeber.az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli deyib.


Onun sözlərinə görə, aprel ayında daha çox sıxlıq olub: "Aprelin 20-də 573 min sərnişin daşındığı halda, aprelin 27-də bu rəqəm 736 min olub. Sərnişinlərin bəziləri vəziyyətdən sui-istifadə edərək əsassız yola çıxırlar. Buna görə də paytaxtda sıxlıq müşahidə olunur. Bu, xoşagəlməz haldır".


V.Kərimli qeyd edib ki, bir həftə əvvəllə müqayisədə nəqliyyat axınında 10-12 faiz artım müşahidə edilir: "Hər bir nəqliyyat vasitəsinin postdan keçmə sürətini hesablasaq, bu, kifayət qədər vaxt tələb edir. Hər avtobus postlarda 10 dəqiqə gözləyirsə, deməli, dayanacaqlarda sərnişinlərin gözləmə vaxtı da artır. Ona görə də xahiş edirik ki, zərurət olmadan vətəndaşlar evlərini tərk etməsinlər. Bu, həm də virusun ikinci dalğası üçün zəmin yaradır".

Xəbər lenti