Xəzər Xəbər

Vüsal Kərimli: "Bakıda avtobus sürücüləri arasında koronavirusa yoluxma olmayıb"

İqtisadiyyat | 17:27 • 4 May 2020
Vüsal Kərimli: "Bakıda avtobus sürücüləri arasında koronavirusa yoluxma olmayıb"

"Pandemiyadan əvvəl avtobusların yenilənməsi nəzərdə tutulmuşdu. 30 və 11 nömrəli marşrut üzrə müsabiqə keçirildi, onların idarəçiliyi pandemiyadan sonra "BakuBus"a keçəcək".

Xezerxeber.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Bakı Nəqliyyat Agentliyi İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib.

Onun sözlərinə görə, 12 metrlik avtobuslarda beynəlxalq təcrübəyə görə 25-26 sərnişin, ayaq üstə olanla bir yerdə 80-90 daşıma ola bilər: "Bakubus"da 800-dən çox sürücü yoxlanılıb. Nəticələr neqativ çıxıb, sürücülər arasında virusa yoluxma faktı olmayıb. Qarajları ciddi şəkildə dezinfeksiya edirik".

Xəbər lenti