Xəzər Xəbər

“Fitch” İtaliyanın kredit reytinqini endirdi

İqtisadiyyat | 18:04 • 30 Aprel 2020
“Fitch” İtaliyanın kredit reytinqini endirdi

"Fitch Ratings" beynəlxalq reytinq agentliyi İtaliyanın xarici valyutada emitentin uzunmüddətli defolt reytinqini "BBB-" səviyyəsinə endirib və reytinq üzrə proqnozu stabil olaraq təsdiqləyib.

Reytinq agentliyinin verdiyi məlumata görə, kredit reytinqinin aşağı salınması COVID-19 pandemiyasının İtaliya iqtisadiyyatına və maliyyə vəziyyətinə güclü mənfi təsirini əks etdirir.

"Fitch”in proqnozuna görə, ölkə iqtisadiyyatı bu il 8% azalacaq, amma sürətlə bərpa olaraq2021-ci ildə3,7% artacaq. Agentliyə görə, 2020-ci ilin sonuna ölkənin ümumi dövlət borcunun ÜDM-ə nisbəti 156% təşkil edəcək./apa

Xəbər lenti