Xəzər Xəbər

Daha bir ölkədə karantin rejimi yumşaldıldı Ticarət mərkəzləri fəaliyyətə başladı

İqtisadiyyat | 15:49 • 20 Aprel 2020
Daha bir ölkədə karantin rejimi yumşaldıldı

Almaniyada yeni tip koronavirus pandemiyasının yayılmasının qarşısını almaq məqsədilə 22 martdan bəri tətbiq edilən qaydalar yumşaldılır.

Koronavirusun nəzarətə alındığı ölkədə 800 kv/m sahəsi olan mağazalar açılıb.

Ticarət mərkəzləri və böyük mağazalar ciddi gigiyena qaydaları çərçivəsində xidmət göstərməyə başlayıb. Erkən saatlarda xidmətin başlanmasına baxmayaraq, çox az sayda insan ticarət mərkəzlərinə gedib. Vətəndaşların sosial məsafə qaydalarına riayət etdiyi və maska taxdığı müşahidə olunub.

Bütün bunlara baxmayaraq, restoran, kafe və əyləncə mərkəzlərinin açılmasına hələ ki, icazə verilmir./publika.az

Xəbər lenti