Xəzər Xəbər

Gürcüstanın Azərbaycana 6,2 milyon dollar borcu var

İqtisadiyyat | 13:51 • 18 Aprel 2020
Gürcüstanın Azərbaycana 6,2 milyon dollar borcu var

Gürcüstanın Azərbaycana olan dövlət borcu 6,2 milyon ABŞ dollarıdır.

Bu barədə Gürcüstanın Maliyyə Nazirliyinin hesabatında deyilir. Aprelin 1-nə olan məlumata görə, aylıq müqayisədə qonşu ölkənin Azərbaycana olan borcu dəyişməyib.

Hazırda Gürcüstanın 5,6 milyard dollar xarici borcu var ki, bunun da 5,4 milyard dolları hökumətin payına düşür.

Gürcüstanın ən çox borcu olan ölkələr Almaniya (373,9 milyon dollar), Fransa (325,2 milyon dollar) və Yaponiyadır (213,29 milyon dollardır).

Xəbər lenti