Xəzər Xəbər

OPEC qlobal neft tələbatının son 30 ilin ən aşağı səviyyəsinə enəcəyini gözləyir

İqtisadiyyat | 16:10 • 17 Aprel 2020
OPEC qlobal neft tələbatının son 30 ilin ən aşağı səviyyəsinə enəcəyini gözləyir

Cari ildə qlobal xam neft tələbatının son 30 ilin ən aşağı səviyyəsinə enəcəyini gözlənilir.

Xezerxeber.az xəbər verir ki, bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatında deyilir. Bildirilir ki, buna səbəb koronavirus epidemiyası ilə əlaqədar dünya iqtisadiyyatının geriləməsidir.

OPEC-ə görə, cari ildə kartelə üzv ölkələrin neft tələbatı sutkada 24 milyon 500 min barrel olacaq. Bu il qlobal neft tələbatı isə gündəlik 92 milyon 820 min barrel təşkil edəcək.

Xəbər lenti