Xəzər Xəbər

Bu gün valyuta hərracı keçirilib, tələb 55 milyon dollar olub

İqtisadiyyat | 13:11 • 9 Aprel 2020
 Bu gün valyuta hərracı keçirilib, tələb 55 milyon dollar olub

Aprelin 9-da Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

AMB-dən xezerxeber.az-a bildirilib ki, hərracda tələb 55 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Xəbər lenti