Xəzər Xəbər

Ərzaq mağazalarında alış-veriş zamanı istehlakçıların diqqət etməli olduğu məqamlar

İqtisadiyyat | 15:29 • 6 Aprel 2020
Ərzaq mağazalarında alış-veriş zamanı istehlakçıların diqqət etməli olduğu məqamlar

Qida Təhlükəsizliyi Agentliyi koronavirus infeksiyasından (COVID-19) qorunmaq üçün ərzaq mağazalarında alış-veriş zamanı istehlakçıların diqqət etməli olduğu məqamlara dair maarifləndirici material yayıb.

Xezerxeber.az agentliyə istinadən xəbər verir ki, maarifləndirici materialda əhaliyə alış-veriş üçün sıxlığın nisbətən az olduğu saatlara üstünlük vermələri tövsiyə olunub. Həmçinin kassa qarşısında növbədə olarkən digər şəxslərlə arada 2 metr məsafənin saxlanılması məsləhət görülüb. Qeyd olunub ki, pulla mümkün qədər az təmas edilməsi, nağdsız ödənişə üstünlük verilməsi daha məqsədəuyğundur.

Agentlik vətəndaşlara evlərə ərzaqların çatdırılması xidmətinə üstünlük vermələrini tövsiyə edir.

Xəbər lenti