Xəzər Xəbər

Vüsal Kərimli: "Kartların yüklənməsi zamanı sıxlıq müşahidə olunur"

İqtisadiyyat | 12:59 • 2 Aprel 2020
Vüsal Kərimli: "Kartların yüklənməsi zamanı sıxlıq müşahidə olunur"

Metro stansiyaları bağlandığına görə dayanacaqlarda kart yüklənməsində sıxlıq yaşanır.

Xezerxeber.az-ın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Bakı Nəqliyyat Agentliyi İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib.

Onun sözlərinə görə, bu məsələdə insanlar davranışlarını dəyişməli, növbəlilik prinsipinə, sosial məsafəyə riayət etməlidir: "Ekspress xətlər metro istifadəçiləri üçün açılıb. Ancaq bu xətlər sərnişinlərin "Xətai"dən "İçərişəhər"ə getməsinə görə qurulmur, bunu da nəzərə almaq lazımdır”.

Xəbər lenti