Xəzər Xəbər

Koronavirus 25 milyon insanı işsiz qoyacaq ŞOK PROQNOZ

İqtisadiyyat | 12:58 • 30 Mart 2020
Koronavirus 25 milyon insanı işsiz qoyacaq

Koronavirus pandemiyası dünyanın səhiyyə sistemi ilə yanaşı, iqtisadi, sosial sahələrdə də çatışmazlıqları və ehtimal olunan böhranı üzə çıxarıb.

Beynəlxalq Əmək Təşkilatının (İLO) "COVID-19 və İş Həyatı: Təsir və Cavablar" adlı ilkin qiymətləndirmə hesabatında pandemiyanın qlobal işsizliyi artıracağı əks olunub.

Hesabata görə, təxminən 25 milyon nəfər işsiz qala və əmək böhranı yarana bilər.

Hesabatda pandemiyanın əmək bazarına təsirini azaltmaq və ya aradan qaldırmaq üçün görüləcək əsas tədbirlər açıqlanıb:

- Sosial müdafiə gücləndirilməli;

- Qısa iş vaxtı, ödənişli məzuniyyət və digər təşviqlərlə məşğulluğun qorunmasına dəstək verilməli;

- Biznesin həcmindən asılı olmayaraq bütün müəssisələrə, yəni mikro, kiçik, orta və iri müəssisələrə maliyyə və vergi dəstəyi verməli;

- Maliyyə və pul siyasəti tədbirləri görülməli;

- İqtisadiyyatın xüsusi sektorları üçün kredit və maliyyə dəstəyi təmin edilməli./publika.az

Xəbər lenti