Xəzər Xəbər

Gündəlik qlobal neft tələbatı 20 mln. barel azala bilər

İqtisadiyyat | 11:58 • 28 Mart 2020
Gündəlik qlobal neft tələbatı 20 mln. barel azala bilər

Bu il gündəlik qlobal neft tələbatının 20 mln. barel azalacağı gözlənilir.

Bunu Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birol deyib.

Onun sözlərinə görə, qlobal neft tələbatı gündəlik 100 mln. barel təşkil edir. Bu həcmin 80%-i nəqliyyat sektorunda yanacaq kimi istifadə edilir.

Koronavirusun (COVİD-19) yayılması ilə əlaqədar bu gün dünyada 3 mlrd. insan sosial təcrid vəziyyətindədir, nəqliyyatdan istifadə azalıb və bunun nəticəsi kimi qlobal səviyyədə neftə olan tələbat azalmaqdadır.

Xəbər lenti