Xəzər Xəbər

Çinin sənaye şirkətlərinin gəlirləri 38,3 faiz azalıb

İqtisadiyyat | 09:48 • 28 Mart 2020
Çinin sənaye şirkətlərinin gəlirləri 38,3 faiz azalıb

Çinin orta və iri sənaye şirkətlərinin gəlirləri yeni növ koronavirus (COVID-19) epidemiyası ilə əlaqədar xeyli azalıb.

Xezerxeber.az xəbər verir ki, illik dövriyyəsi 20 milyon yuandan (2,84 milyon ABŞ dolları) yuxarı olan şirkətlərin gəlirləri yanvar-fevral aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 38,3 faiz azalıb. Hesabat dövründə bir çox müəssisə epidemiya ilə əlaqədar fəaliyyət göstərməyib. Digər amillər - məhsulların maya dəyərinin yüksəlməsi, satış qiymətlərinin azalması da müəssisələrin gəlirlərinin azalmasına səbəb olub.

Komitənin məlumatında deyilir ki, 41 sənaye sahəsinin 37-də mənfəət azalıb. İstehsal sektorunda mənfəətin azalması 42,7, mədənçilikdə isə 21,1 faiz olub. Dövlətə məxsus şirkətlərin mənfəəti 32,9 faiz, özəl müəssisələrinki isə 36,6 faiz azalıb.

Xəbər lenti