Xəzər Xəbər

AZAL sərnişinlərə müraciət edib

İqtisadiyyat | 12:43 • 27 Mart 2020
AZAL sərnişinlərə müraciət edib

AZAL sərnişinlərə müraciət edib.

"Azərbaycan Hava Yolları" nın mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, müraciətdə bildirilir ki, insanların bir yerə sıx toplaşmasının qarşısının alınması məqsədilə Bakıda yerləşən satış ofisləri bağlandığından aviabiletləri yalnız aviaşirkətin rəsmi saytından əldə etmək mümkündür: "www.azal.az rəsmi saytımızdan əldə edilmiş aviabiletlərin qaytarılması / dəyişdirilməsi ilə bağlı müştəri xidmətlərinəcallcenter@azal.aze-poçt ünvanı vasitəsilə müraciət etməniz xahiş olunur. Aviaşirkətin öz satış ofislərindən əldə edilmiş aviabiletləri isə Heydər Əliyev Beynəlxalq Aeroportu, Terminal 2-nin kassalarında dəyişdirə və ya qaytara bilərsiniz".

Xəbər lenti