Xəzər Xəbər

Avtovağzaldan rayonlara getmək istəyən 1715 sərnişin biletini geri qaytarıb

İqtisadiyyat | 17:10 • 25 Mart 2020
Avtovağzaldan rayonlara getmək istəyən 1715 sərnişin biletini geri qaytarıb

Bakı Beynəlxalq Avtovağzal Kompleksi (BBAK) biletlərin qaytarılması ilə bağlı sərnişinlərə müraciət edib.

BBAK-dan xezerxeber.az-a bildirilib ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qabaqcadan satış kassaları vasitəsilə, eləcə də onlayn qaydada öncədən bilet alan sərnişinlər biletləri qaytaran zaman ödədikləri məbləğ heç bir komisyon muzdu tutulmadan sərnişlərə geri qaytarılır.

Bu günədək 1715 sərnişin artıq biletini geri qaytarıb. Digər sərnişinlər də martın 29, 30, 31-də onlar üçün ayrılacaq xüsusi kassalara yaxınlaşıb biletləri geri qaytara bilərlər.

Qeyd edək ki, qaydaya əsasən, biletini onlayn qaydada əldə edən sənişinlər gedişdən imtina etdiyi zaman ödənilən məbləğ 7-30 iş günü müddətində onların hesabına geri köçürülür. Mövcud vəziyyətlə əlaqədar olaraq, onlayn qaydada bilet alan sərnişinlər də kassaya yaxınlaşıb şəxsiyyət vəsiqəsini və əməliyyat kodunu təqdim etməklə ödənilən məbləği nağd şəkildə ala bilər.

Onlayn qaydada bilet alan sərnişinlər biletlərin qaytarılması ilə bağlı martın 26-da etibarən +99455 201 15 39 və +99455 201 15 29 nömrələri ilə əlaqə saxlaya bilərlər.

Xəbər lenti