Xəzər Xəbər

Səudiyyə Ərəbistanının yeni neft planı Hərəkətə keçdilər

İqtisadiyyat | 18:08 • 18 Mart 2020
Səudiyyə Ərəbistanının yeni neft planı

Səudiyyə Ərəbistanı bir neçə ay ərzində neft ixracatını gündəlik 10 milyon barelə çatdıracaq.

Bu barədə məlumatı ölkənin Energetika naziri Əbdül Əziz bin Salmanyayıb.

"Əl-Ərəbiə” telekanalının xəbər saytında yer alan informasiyaya görə, nazir ölkədəki 250 min barel civarındakı gündəlik istehlakı üçün "Fadhili” yatağından əldə edilən məhsuldan istifadə edəcəklərini bildirib. Bunun da böyük miqdarda ixraca imkan yaradacağını qeyd edib.

Əlavə edək ki, Səudiyyə Ərəbistanından neft ixracının həcmi 2018-ci ilin dekabr ayıbda gündəlik 7,69 milyon barel olub. 2019-cu ilin dekabr ayında isə bu rəqəm 7,373 milyon barel təşkil edib.

Xatırladaq ki, Səudiyyə Ərəbistanının liderliyindəki Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və Rusiyanın liderlik etdiyi OPEC+ ölkələrinin 6 martda Avstriyanın paytaxtı Vyanada təşkil etdikləri toplantıda neftin istehsalının dayandırılması qərarının çıxmaması neftin qiymətinin son 4 ilin ən aşağı səviyyəyə düşməsinə yol açmışdı. Adıçəkilən hər iki ölkənin ötən həftə qlobal neft bazarında bazar paylarını artırmaq üçün aprel ayından etibarən istehsal miqdarını yüksəldəcəyini açıqlaması qiymətlərin aşağı səviyyədə qalmasına səbəb olur./publika.az

Rubrikanın digər xəbərləri

Xəbər lenti