Xəzər Xəbər

Neftin qiyməti son 17 ilin minimumuna enib

İqtisadiyyat | 14:03 • 18 Mart 2020
 Neftin qiyməti son 17 ilin minimumuna enib

Dünya birjalarında xam neftin qiyməti son 17 ilin minimumuna düşüb.

Xezerxeber.az xəbər verir ki, koronavirusla əlaqədar artan tənəzzül təhlükəsi səbəbindən neftin qiyməti 2003-cü ildən bəri ən aşağı səviyyəyə enib. Hazırda "Light” markalı neftin bir barreli Nyu-Yorkun NYMEX birjasında 25,95 dollara satılır. Bu, 2003-cü ilin may ayından bəri ən aşağı səviyyədir.

"Brent” neftinin bir barreli Londonun ICE birjasında 28,18 dollara alıcı axtarır.

Xatırladaq ki, neftin qiyməti cari ilin əvvəlində 70 dollar/barrel, martın əvvəlində isə 50 dollar/barreldən çox olub. Ötən həftənin əvvəlində "Brent”in qiyməti təxminən 30 faiz azalaraq 31 dollar/barrelə enib.

Xəbər lenti