Xəzər Xəbər

Vergi orqanlarına müraciətlər 16 faiz azalıb

İqtisadiyyat | 12:58 • 18 Mart 2020
Vergi orqanlarına müraciətlər 16 faiz azalıb

Fevralda vergi orqanlarına 19 min 40 müraciət daxil olub.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 3630 müraciət və ya 16 faiz azdır.

Müraciətlərin 17 min 725-i (93,1 faizi ) ərizə, 1218-i (6,4 faizi) şikayət, 97-si (0,5 faizi) təklif olub, 4 müraciətin icrası isə xüsusi nəzarətə götürülüb. Baxılan müraciətlərin 84,4 faizi tam, 0,1 faizi isə qismən müsbət həll olunub.

Hesabat dövrü ərzində Dövlət Vergi Xidmətinin aparatına 2 min 89 müraciət daxil olub. Bu, keçən ilin eyni dövrü ilə müqayisədə 14,6 faiz azdır. Daxil olmuş müraciətlərdən 48,7 faizi ərizə, 46,7 faizi şikayət, 4,6 faizi təklif olub. Dörd müraciətin icrası isə xüsusi nəzarətə götürülüb.

Xəbər lenti