Xəzər Xəbər

AZAL İstanbul-Bakı və Roma-Bakı reysləri ilə 391 azərbaycanlını vətənə gətirib

İqtisadiyyat | 10:04 • 18 Mart 2020
AZAL İstanbul-Bakı və Roma-Bakı reysləri ilə 391 azərbaycanlını vətənə gətirib

Azərbaycanın Milli aviadaşıyıcısı martın 18-nə keçən gecə Azərbaycan vətəndaşlarının qaytarılması üçün daha iki çarter reysi yerinə yetirib.

Bu barədə Trend-ə "Azərbaycan Hava Yolları”nın mətbuat xidmətindən bildiriblər.

Bildirilib ki, AZAL aviaşirkəti İstanbul-Bakı reysi ilə 230 nəfər, Roma-Bakı reysi ilə 161 nəfər sərnişini vətənə gətirib.

Əlavə olunub ki, Azərbaycanın Milli aviadaşıyıcısı həmyerlilərimizin vətənə qaytarılması üçün çarter reyslərini yerinə yetirməyə davam edəcəkdir.

Xatırladaq ki, daha əvvəl Türkiyədən dörd çarter reysi ilə 868 nəfər Azərbaycan vətəndaşı gətirilib.

Xəbər lenti