Xəzər Xəbər

Qardaş ölkədə benzin ucuzlaşdı

İqtisadiyyat | 17:39 • 17 Mart 2020
Qardaş ölkədə benzin ucuzlaşdı

Türkiyədə benzinin qiyməti ucuzlaşıb.

Martın 18-dən etibarən qardaş ölkədə benzinin qiyməti daha 25 quruş ucuzlaşıb.

Sabahdan etibarən Ankarada benzin 5.69 lirədən 5.44 lirəyə endiriləcək. İstanbulda isə benzinin qiyməti 5.54 lirədən 5.29 lirəyə düşüb.

Qeyd edək ki, dünya birjalarında neftin kəskin ucuzlaşmasına görə martın 10-da da Türkiyədən benzinin qiyməti 60 quruş düşmüşdü./axar.az

Xəbər lenti