Xəzər Xəbər

Energetika Nazirliyi vətəndaş qəbullarını dayandırıb

İqtisadiyyat | 11:53 • 17 Mart 2020
Energetika Nazirliyi vətəndaş qəbullarını dayandırıb

Energetika Nazirliyi vətəndaş qəbullarının keçirilməsini dayandırıb.

Nazirlikdən xezerxeber.az-a bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 mart tarixli tapşırığına uyğun olaraq, koronavirus infeksiyasına (COVID-19) qarşı mübarizə çərçivəsində görülən tədbirlərlə bağlı Energetika Nazirliyində vətəndaş qəbullarının keçirilməsi dayandırılıb.

Vətəndaşların müraciətləri nazirliyin (012) 598-16-53/54 (daxili: 1145, 1146) telefon nömrəsi, (012) 598-16-55 "qaynar xətti” və "974” Çağrı mərkəzi vasitəsilə qəbul ediləcək və cavablandırılacaq. Bununla yanaşı, vətəndaşlar nazirliyin "minenergy.gov.az” internet səhifəsi və "minenergy@minenergy.gov.az” elektron poçt ünvanı vasitəsilə də müraciət edə bilərlər.

Xəbər lenti