Xəzər Xəbər

Azərbaycan əhalisi nağd rubl alışını azaldıb

İqtisadiyyat | 14:14 • 13 Mart 2020
Azərbaycan əhalisi nağd rubl alışını azaldıb

Bu ilin yanvar aynda Azərbaycandakı banklar tərəfindən əhaliyə satılan nağd Rusiya rublu kütləsinin həcmi 266 883,0 min rubl təşkil edib ki, bu da 2019-cu ilin eyni ayına nisbətən 14 786,7 min rubl və ya 5,9 % çoxdur.


Xezerxeber.az Azərbaycan Mərkəzi Bankının (AMB) dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalara görə, ötən ilin dekabr ayı ilə müqayisədə 2020-ci ilin yanvar ayında ölkə əhalisi tərəfindən 85 673,9 min rubl və ya 24,3% daha az rubl alınıb.


Bundan başqa, bu ilin yanvar ayında ölkə əhalisinin banklara satdığı nağd rubl kütləsinin ümumi həcmi 1 001 053,8 min rubl təşkil edib ki, bu da 2019-cu ilin müvafiq ayına nisbətən 252 127,5 min dollar və ya 20,1%, 2019-cu ilin dekabr ayı ilə müqayisədə isə 159 049,4 min rubl və ya 13,7% azdır.


Beləliklə, bu ilin yanvar ayında əhalinin xalis nağd rubl satışı 734 170,8 min rubl təşkil edib. Bildirək ki, 2019-cu ilin müvafiq dövründə bu göstərici 1 001 085 min rubl, 2019-cu ilin dekabr ayında 807 546,3 min rubl təşkil edib.


Qeyd edək ki, yanvar ayında 1 rubl 0,0271 manata bərabər olub.

Xəbər lenti