Xəzər Xəbər

BNA dumanlı hava ilə bağlı sürücülərə və piyadalara müraciət edib

İqtisadiyyat | 19:41 • 12 Mart 2020
BNA dumanlı hava ilə bağlı sürücülərə və piyadalara müraciət edib

"Hazırda Heydər Əliyev prospekti-Hava limanı-Zaqulba avtomagistralı, Buzovna-Şüvəlan və Bilgəh-Pirşağı şoseləri boyunca eləcə də, ətraf ərazilərdə duman müşahidə olunur. Bunu nəzərə alaraq, sürücülərə son dərəcə ehtiyatlı olmalarını, müəyyən olunan sürət həddinə əməl etmələrini tövsiyə edirik”.

Bu barədə xezerxeber.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Bildirilib ki, xüsusi ilə bu cür hava şəraitində ara məsafəsinə fikir verilməlidir.

"Eyni zamanda, piyadalardan yolun qarşı tərəfinə keçərkən piyada keçidlərindən istifadə etmələrini xahiş edirik”, - deyə məlumatda qeyd olunub.

Xəbər lenti