Xəzər Xəbər

Səudiyyə Ərəbistanının satdığı neftin qiymətini endirməsi Asiya bazarını qızışdırır

İqtisadiyyat | 16:37 • 10 Mart 2020
Səudiyyə Ərəbistanının satdığı neftin qiymətini endirməsi Asiya bazarını qızışdırır

Səudiyyə Ərəbistanının satdığı neftin qiymətini endirməsi Asiya bazarını qızışdırır.


Xezerxeber.az xarici KİV-lərə istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanının milli neft şirkəti "Saudi Aramco” öz neftinin qiymətinə son 30 ildə ən böyük endirim edib. Qlobal miqyasda ən böyük neft ixracatçısı olan Səudiyyə Ərəbistanının bu misli görünməmiş qiymət endirimindən sonra Asiyadakı dünyanın ən böyük xam neft idxalçıları aprel ayında daha çox səudiyyə nefti almaq niyyətindədirlər. Belə ki, Çin və Sinqapurun Səudiyyə Ərəbistanından aldıqları neftin həcmini artırmağa çalışdıqları qeyd edilir.


Bu ölkələr aprel ayı üçün tələb olunan nefti artıq alıblar və əlavə neft alışı cüzi olacaq. Lakin səudiyyəlilər qiymətdəki endirimi may ayına kimi tətbiq etsələr digər tədarükçülər də daha çox həcmdə səudiyyə nefti almağa hazırdırlar.


ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatına görə, Asiya ölkələri Səudiyyə Ərəbistanının neft ixracının üçdəikisini alır.


Ekspertlərin fikrincə, Asiyadakı artan neft tələbatı fonunda yeni "qiymət müharibəsi” başlayır.


Səudiyyə Ərəbistanının neft hasilatını artıra biləcəyi də bildirilir.


Xatırladaq ki, "Light” markalı xam neftin bir barrelinin qiyməti ABŞ-ın neft hasilatını artırdığı bir mühitdə Səudiyyə Ərəbistanının da istədiyi qədər istehsal etməyə qərar verməsi nəticəsində 1985-ci ilin sonundan 1986-cı ilin martınadək təxminən 66 faiz ucuzlaşmışdı. "Brent” markalı neftin qiyməti isə Səudiyyə Ərəbistanının 1990-cı illərin sonlarında Venesuela ilə hesablaşması səbəbindən qısa müddətə 10 dollar/barreldən aşağı düşmüşdü.

Xəbər lenti