Xəzər Xəbər

Koronavirus milyarderlərə nə qədər ziyan vurdu? – MİQDAR

İqtisadiyyat | 12:55 • 9 Mart 2020
Koronavirus milyarderlərə nə qədər ziyan vurdu?

Dünyada 3 mindən çox şəxsin ölümünə səbəb olan koronavirus beynəlxalq miqyaslı iqtisadi zərərlərlə gündəmə gəlib. Bəs virus milyarderlərə nə qədər ziyan vurub?

XəzərXəbər ted.az-a istinadən bildirir ki, dünyanın ən varlı insanları hesab edilən Jeff Bezos, Bill Qeyts, Bernard Arnault onlara 30 milyard ziyan dəydiyini desələr də, ümumi məbləğin 444 milyard dollar olduğu açıqlanıb.

Məlumatlara görə, virusun satışa təsiri nəticəsində həftə ərzində dünyanın ən zəngin 500 insanına ümumilikdə 444 milyard ziyan dəyib.

TESLA-nın yaradıcısı, dünyanın 25 ən varlı insanından biri hesab edilən Elon Mask virusa görə, sərvətinin 9 milyard dollarını itirməli olub.

Feysbukun yaradıcısı Mark Zukerberqə dəyən zərər isə 6,5 milyard dollardır.

Qeyd edək ki, təhlükəli virus xeyli insanın ölümünə səbəb olsa da, hələ ki, qarşısını alacaq vasitə tapılmayıb. Lakin dünən axşam saatlarından etibarən maliyyə bazarlarında və beynəlxalq birjalarda canlanma başlayıb. Bir qrup mütəxəssis bunu vaksinin tapılması ilə əlaqələndirsə də, daha inandırıcı versiya kimi virusun pik həddini keçdiyini və mart ayının sonuna kimi tamamilə zəifləyəcəyi irəli sürülür.

Xəbər lenti