Xəzər Xəbər

Dünya Bankı Azərbaycana məşğulluğun dəstəklənməsi layihəsinə 100 mln. dollar ayırıb

İqtisadiyyat | 11:23 • 6 Mart 2020
Dünya Bankı Azərbaycana məşğulluğun dəstəklənməsi layihəsinə 100 mln. dollar ayırıb

Dünya Bankının Direktorlar Şurasının ötən gün keçirilən iclasında Azərbaycana məşğulluğun dəstəklənməsi layihəsinə 100 mln. ABŞ dollarının ayrılması barədə qərar qəbul olunub.


"APA-Economics"in banka istinadən verdiyi məlumata görə, layihənin məqsədi hər il əlavə olaraq 5 000 nəfərin əmək şəraiti yaxşılaşdırılmasıdır. Layihə xüsusi olaraq qadınlara, gənclərə, təhsil səviyyəsi aşağı olan insanlara və ölkədəki məcburi köçkünlərə yönəldiləcək.

Xəbər lenti