Xəzər Xəbər

ABŞ-da gündəlik neft istehsalında növbəti rekord qeydə alınıb

İqtisadiyyat | 12:51 • 5 Mart 2020
ABŞ-da gündəlik neft istehsalında növbəti rekord qeydə alınıb

ABŞ-ın sutkalıq xam neft hasilatı rekord göstəriciyə çatıb.


Bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-ın neft istehsalı 101 min barrel artaraq gündəlik orta hesabla 13,1 milyon barrel olub. Bu göstərici ölkə tarixində neft istehsalının ən yüksək səviyyəsidir. Birləşmiş Ştatların neft hasilatı sonuncu dəfə 1970-ci ilin noyabrında maksimum – gündəlik orta hesabla 10,04 milyon barrel təşkil edib.

Keçən həftə neft hasilatı Alyaska ştatında min barrel, digər ştatlarda isə 100 min barrel çoxalıb.

EIA-nın proqnozuna görə, ABŞ-ın neft istehsalı bu il sutkalıq orta hesabla 13,2 milyon barrel olacaq. 2021-ci ildə isə gündəlik hasilatın 13,56 milyon barrelə çatacağı gözlənilir.

Qeyd edək ki, ABŞ 2018-ci ilin noyabrında Səudiyyə Ərəbistanı və Rusiyanı geridə qoyaraq dünyanın ən böyük neft istehsalçısı olub.

Xəbər lenti