Xəzər Xəbər

DB koronavirusla mübarizə üçün 12 milyard ayırır

İqtisadiyyat | 16:18 • 4 Mart 2020
DB koronavirusla mübarizə üçün 12 milyard ayırır

Dünya Bankı koronavirusla mübarizə üçün 12 milyard dollar ayıracaq.

Bu barədə məlumat Dünya Bankının yaydığı bəyanatda yer alıb. Ümumi vəsaitin 8 milyard dollarlıq hissəsinin sürətlənmiş qaydada ayrılacağı bildirilib.

Bəyanatda Dünya Bankının inkişafda olan ölkələrə koronavirusla mübarizə üçün həm tibb sahəsində, həm də iqtisadi zərbələri aradan qaldırmaq üçün özəl sektor istiqamətində kömək edəcəyi vurğulanıb. Maliyyə vəsaitinin ölkələrə Dünya Bankına daxil olan Beynəlxalq İnkişaf Assosasiyası, Beynəlxalq İnkişaf və Yenidənqurma Bankı, Beynəlxalq Maliyyə Korporasiyası ilə veriləcəyi bildirilib./Axar.az

Xəbər lenti

Çox oxunanlar