Xəzər Xəbər

Böhran başladı - Dolların taleyi necə olacaq?

İqtisadiyyat | 14:46 • 3 Mart 2020
Böhran başladı -

ABŞ birjaları 2008-ci ildəki böhrandan bəri ən ağır günlərini yaşayır.

Xarici KİV-lər xəbər verir ki, böhranın yaşanmasına səbəb koronavirusla bağlı yaranmış vəziyyətdir. Məlumata görə, koronavirus səbəbiylə iş adamlarının investisiya yatırmaqda tərəddüd etməsi birjalara təsirsiz ötüşmür. İqtisadçıların sözlərinə görə, böhran təkcə ABŞ birjalarına deyil, dünya birjalarına da təsir göstərir.

Dünya ölkələri arasında ticarət əlaqələrinin dayanması böhranı daha da dərinləşdirəcək. İqtisadçılar qarşıdakı günlərdə "Böyük iqtisadi böhran”ın baş verəcəyini proqnozlaşdırır./publika.az

Xəbər lenti