Xəzər Xəbər

ARDNF-in icraçı direktoruna müavin təyin edilib - FOTO

İqtisadiyyat | 12:35 • 3 Mart 2020
ARDNF-in icraçı direktoruna müavin təyin edilib -

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2 mart 2020-ci il tarixli 1871 nömrəli Sərəncamı ilə Rövşən Nazim oğlu Cavadov Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktorunun müavini vəzifəsinə təyin edilib.


Xezerxeber.az-ın ARDNF-ə istinadən verdiyi məlumata görə, R. Cavadov 2014-cü ildən hazırkı tarixədək ARDNF-in İnvestisiya departamentinin direktoru vəzifəsində çalışıb. Daha öncələr Fondun İnvestisiya departamentində müxtəlif vəzifələrdə, 2009-2014-cü illər ərzində İnvestisiya departamentinin direktorunun müavini vəzifəsində işləyib.


ARDNF-in İcraçı direktorunun müavini Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsini bitirib, eyni zamanda ABŞ-ın Klark Universitetində maliyyə üzrə magistr dərəcəsi alıb.

Xəbər lenti