Xəzər Xəbər

Putindən keçmiş Sovet ölkələrinə müraciət: “Borcları ödəmək üçün…”

İqtisadiyyat | 15:33 • 27 Fevral 2020
Putindən keçmiş Sovet ölkələrinə müraciət:

"Keçmiş Sovet İttifaqının demək olar ki, bütün ölkələri Moskvanın borclarını ödəmək müqabilində Rusiyadakı əmlaklarını yenidən qeydiyyata aldılar, lakin bu prosedurun tamamlanmadığı dövlətlər var”.

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Söhbət bəzi xarici ölkələrdə Sovet əmlakının yenidən qeydiyyata alınmasından gedir. Ölkələrin böyük əksəriyyətində bu əmlaklar yenidən qeydiyyata alındı ​​və Rusiyada da de yure və de-fakto yenidən qeydiyyata alındı”, - Peskov qeyd edib.

Qeyd edək ki, Prezident Vladimir Putin Rusiyanın keçmiş Sovet İttifaqı respublikalarının hamısının borclarını xaricdəki əmlakları müqabilində ödəməyi öhdəsinə götürmüşdü. Lakin yeni müstəqil olan dövlətlərin əksəriyyətinin qeydiyyatdan keçmədiyini demişdi./teleqraf

Xəbər lenti