Xəzər Xəbər

Koronavirusa görə 139 milyard dollar itirildi – Dünya bundan danışır

İqtisadiyyat | 14:39 • 25 Fevral 2020
Koronavirusa görə 139 milyard dollar itirildi

Dünyanın ən varlı insanları 24 fevral, bazar ertəsi günü fond birjalarında koronavirusun qlobal iqtisadiyyata zərbə vuracağı ilə bağlı narahatlıqlara görə 139 milyard dollar itiriblər.

Bu barədə "Bloomberg” agentliyi xəbər yayıb.

Qeyd olunur ki, LVMH şirkətlər qrupunun baş direktoru Bernar Arno və "Amazon” şirkətinin rəhbəri Ceff Bezos 4,8 milyard dollardan çox, "Zara”ın sahibi Amansio Orteqa isə 4 milyard dollar itirib.

Bununla yanaşı, ilk onluqda qərarlaşan milyarderin hər birinin sərvətinin həcmi ən azı 2,3 milyard dollar azalıb.

Bu, "Bloomberg”in 2016-cı ilin oktyabr ayından bəri ən böyük maliyyə itkisi olduğu açıqlanıb.

Bununla yanaşı, nəşrin məlumatına görə, Amerika fond indeksləri fevralın 24-də maliyyə bazarı bağlanarkən 3%-dən çox ucuzlaşıb.

Bundan əvvəl "Moody's” beynəlxalq reytinq agentliyi yeni növ koronavirus infeksiyası səbəbindən "G20” ölkələrində ÜDM-in artım proqnozunu 2020-ci il üçün nəzərdə tutulan 2,6%-dən 2,4%-ə endirib./teleqraf


Rubrikanın digər xəbərləri

Xəbər lenti