Xəzər Xəbər

Keçən il vergi daxilolmaları 257 milyon manat artıb

İqtisadiyyat | 18:50 • 11 Fevral 2020
Keçən il vergi daxilolmaları 257 milyon manat artıb

Ötən il vergi daxilolmaları 257 milyon manat artıb.


Xezerxeber.az xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov fevralın 11-də vergi xidməti işçilərinin peşə bayramı günü ilə əlaqədar keçirilən "Vergi islahatları: Birlikdə kölgədən işıqlığa doğru” adlı konfransda deyib.


O bildirib ki, 2019-cu ildə vergi daxilolmaları 2018-ci ilə nisbətən 3,5 faiz və ya 257 milyon manat çox olub. Xüsusilə qeyri-neft sektorunda 9,2 faiz və ya 458 milyon manat çox vergi toplanıb. Bu sektordan daxilolmaların nominal artım tempi ÜDM-in nominal artımını 2 faiz üstələyib. Bu da vergidənyayınma hallarının azaldılmasında yerli inzibatçılığın keyfiyyətinin artmasını göstərir.


Nazir qeyd edib ki, toplanmış vergilərin 71 faizi qeyri-neft sektorunun payına düşüb, özəl sektorun payı isə 76,4 faiz təşkil edib. 2005-ci ildən bu vaxtadək ilk dəfə olaraq ötən il qeyri-neft sektorunda vergi yığımı proqnozunun ən yüksək göstəricisinə (109 faiz) nail olunub. Son iki ildəki nailiyyətlərdən biri də artıq ödəmə məbləğlərinin 720 milyon manat azaldılması olub. Başqa sözlə, təkcə ötən il vergi orqanları 224 milyon manat həcmində artıq ödəmələri azaltmaqla yanaş, həm də vergi proqnozlarını 105 faiz artıqlaması ilə yerinə yetirib.

Xəbər lenti