Xəzər Xəbər

Pestisid və toxumların dəyərinin 100 faizi əkin subsidiyası hesabına ödənilə bilər

İqtisadiyyat | 13:45 • 6 Fevral 2020
Pestisid və toxumların dəyərinin 100 faizi əkin subsidiyası hesabına ödənilə bilər

Əkin subsidiyasının 25 faizi nağd, 75 faizi nağdsız formada istifadə olunur. Alınan pestisid və toxumların dəyərinin 100 faizi, mineral gübrə və biohumusun dəyərinin 70 faizi əkin subsidiyası hesabına ödənilə bilər.


Bu barədə AZƏRTAC-a Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyindən bildirilib.


Qeyd olunub ki, əkin subsidiyasının məbləği təqvim ilinin əvvəlindən ilk bəyan edilən bitki növü üzrə hesablanır. Fermerə ayrılan əkin subsidiyası eyni il ərzində aparılan bütün əkinlər üçün istifadə edilə bilər. 50 hektardan çox torpaq sahəsində aparılan əkinə görə kənd təsərrüfatı kooperativlərinə 10 faiz artıq əkin subsidiyası ödənilir. Bu halda kooperativin sənədləri elektron informasiya sisteminə daxil edilməlidir.

Xəbər lenti